“Çin Karqo” şirkəti 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edir

“Çin Karqo” şirkəti 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edir Tariximizin ən şanlı səhifələrindən biri də 1918-ci il 28 maydır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Bu gün bu şanlı tarixdən 103 il keçir. 
Hər il Azərbaycan xalqı 28 May tarixini böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
"Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər" deyən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin ənənələrini yaşadaraq, müstəqil Azərbaycan dövlətinin azadlığını əbədi edib.
Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.
Qoy çətinliklərlə əldə edilən müstəqilliyimiz əbədi olsun!
Respublika Gününüz mübarək olsun!

Şamil Heydərov
“Çin Karqo” şirkətinin rəhbəri
Geri qayıt