"Azərsutikinti”nin sədri “Dərnəgül”də milyonluq obyekt tikdirir – FOTO

Son illər isə vəzifədə olan məmurların əksəriyyəti şəxsi biznes sahələrini açıq şəkildə genişləndirməyə başlayıblar.
Belə məmurlardan biridə Milli Məclisinin I çağırış üzvü, vaxtilə Prezident Adminstrasiyası ərazi idarəetmə şöbəsinin müdiri və hazırda “Azərsutikinti” ASC sədri vəzifəsini daşıyan Yusif Hümbətovla bağlıdır.
AzFakt.com-un əldə etdiyi məlumata görə “Azərsutikinti” ASC sədri Yusif Hümbətov Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 29 ünvanında ümumi sahəsi 1300 kvadrat metr olan 1 mərtəbəli anbar tikdirir. Paytaxtın ən bahalı rayonlarından birində inşa edilən anbarın hazırkı bazar qiymətinin bir neçə milyon manat olduğu deyilir.
Qeyd edək ki, ölkə mətbuatında Yüsif Hümbətovun adı “Azərsutikinti” ASC-nin əmlaklarını ələ keçirilməsində hallanır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
