Hansı icra başçıları yola salınacaq... - Barələrində ən çox şikayət olunanlar...

Hansı icra başçıları yola salınacaq... - Barələrində ən çox şikayət olunanlar... "Son günlərdə cənab prezident İlham Əliyevin bölgələrdən gələn şikayət məktublarını şəxsən özü qəbul edib , şəxsən nəzarətində araşdırılması bir neçə rayonlarda İcra Hakimiyyəti başçılarının ölkə prezidenti ilə vətəndaşlar arasında aşılmaz sədd olduqlarından xəbər verir". Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verir.

Qaynaq xatırladır ki, artıq narazılıq yaradan icra başçılarına qarşı sərt qərarlar operativ şəkildə verilir: "Məsələn, son olaraq Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun məhz vətəndaş şikayətləri əsasında həbs olunduğu faktdır".

"Kabinet və kreslolarına arxayınca oturan İcra hakimiyyətlərinin başçıları nəinki, vətəndaşların müraciətinə baxmaq , hətta vətəndaşları qəbul edib dinləməyə belə vaxt ayırmaq istəmirlər. Lakin, cənab Prezidentin vətəndaş-dövlət dostluğu xətti ilə yürütdüyü siyasət bir neçə İcra başçılarının ürəyinə vəlvələ salıb, kresloların laxladıb. Belə ki, etibarlı mənbələrdən bildirirlər ki, yaxın günlərdə vəzifələrini itirəcək İcra başçıları məlum olub.

Mənbənin DİA.AZ-a verdiyi məlumata görə, bunlardan vətəndaşlar tərəfindən cənab prezidentə daha çox şikayət daxil olunmasına görə rekorda imza atan Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir.

Eyni zamanda Samux və Goranboy rayonlarının icra başçıları da "hədəfdədirlər".

Mənbə iddia edir ki, hər üç başçı ilə bağlı qərar may ayında veriləcək: "Həbs olunmaları belə mümkündür..."

Əlavə bilgilərimiz olacaq...
Geri qayıt