Daha bir sabiq deputatın "sığal" çəkdiyi bəlli oldu... - bu dəfə katibənin yanına deyil, iş yerinə...

Xülasə, Moderator.az oxucularını Hüseynbala müsibətindən bir az uzaqlaşdırmaq üçün başqa bir diqqətçəkən xəbər təqdim edirik.
Mövzunun qəhrəmanı bu dəfə də sabiq deputatdır. Amma bu sabiq qəhrəman katibəsinə deyil, iş yerinə yaxşıca sığal çəkib. Məsələ burasındadır ki, sabiq deputat Elton Məmmədov günlərin bir günü Azərbaycan Texniki Universitetinə prorektor təyin olunanda özünə çox böyük bir kabinet sifariş verdirib, ardından həmin kabineti sultan saryalarına xas şəkildə təmir etdirib, nəinki bahalı mebel dəsti gətirdib, tavana bir deyil, qoşa çilçıraqlar asdırıb, yerə xalçalar döşətdirib.
Amma Ramiz Ənvəroviç onu AMEA-ya işə dəvət edəndə həmin kabinetdəki nəinki kondisioneri və mebelləri, hətta xalçaları və çilçıraqları da sökdürüb özü ilə aparıb. Onun bu hərəkəti universitet rəhbərliyini şoka salsa da susmağa üstünlük verilib.
Bu azmış kimi iddialara görə, Elton Məmmədov gedərkən katibəsini də özü ilə AMEA-ya aparmağı unutmayıb. Yəni universitetdə ona yaxından-uzaqdan dəxli olan heç bir şeyin, heç kimin qalmasına könlü razı olmayıb...