Koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilən Pərviz Abbasov kimdir?

Koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilən Pərviz Abbasov kimdir? Rüşvətə görə həbs edilən Pərviz Abbasovun tərcümeyi-halını təqdim edirik: 

Pərviz Akif oğlu Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsili 1987-1997-ci illərdə fərqlənmə attestatı ilə bitirmiş, 1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olmuş və 2003-ci ildə Ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 

Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində Aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində Fellow doctor kimi davam etdirmişdir.

İştirak etdiyi kurslar və treyninqlər:

2008 - Rusiya Federasiyasi. Kazan Dovlət Tibb Akademiyasi, Endoskopik Cərrahiyyə Mərkəzi- Laparoskopik Cərrahiyyə Kursu

2009 - Almaniya Federatif  Respublikasi, Lubek Universiteti Klinikasi- Onkologiya, cərrahiyyə və teletəbabət kursu

2010 - Türkiyə Respublikası, Ankara, Laparoskopik və Robotik Cərrahiyyə kursu

2011 - Türkiyə Respublikası, İstanbul, Laparoskopik Kolorektal Cərrahiyyə kursu

2013 - Türkiyə Respublikası, İnönü Universiteti,  Vaskulyar və Mikro Cərrahiyyə kursu

2013- Türkiyə Respublikası, Səhiyyə Nazirliyi  "Səhiyyənin idarə edilməsı  və sığortanın təşkili” kursu

Elmi tədqiqat işi:

2008- tibb üzrə fəsəfə doktoru

Mövzu- "Qaraciyər exinokokkozunun müalicəsi və residivlərin profilaktikası üsullarının yaxşılaşdırılması”.

2016 - tibb üzrə elmlər doktoru

Mövzu- "Qaraciyər transplantasiyasından sonrakı  ağırlaşmalardan mikro element sistemin və vaskulyar hemodinamikanın rolu”. 

Elmi fəaliyyəti

AMAJ jurnalı, redaksiya heyəti üzvü, ümumi cərrahiyyə üzrə eksperti

2014 fevral- "Elmi fəaliyyətinə görə” Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.

2012-ci ildə   Azərbaycan Respublikasının Prezidenti Yanında  Elmin İnkişaf Fondunun  keçirdiyi elmi işlərin Qrand Layihələri  Müsabiqəsinin  qalibi olmuşdur.

2009- 2018 - ATU- nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü və elmi katibi

2013- 2018 - ATU-nun  "Cərrahiyyə” üzrə  "Problem Komissiyasının” üzvü

2012- 2016 illər. Beynəlxalq  jurnalların nəşriyyat sistemində ümumi cərrahiyyə sahəsində-ekspert(hakim)

2009-cu ildən, ATU- nun "Cərrahiyyə” üzrə Aprobasiya Şurasının üzvü

2003- 2021-cı illər ərzində 16 xarici ölkədə 54-dən artıq Beynəlxalq Konqress, konfrans və s. iştirak etmiş, 13 çıxış və 25-dən artıq poster çıxışı etmişdir. 3 beynəlxalq və 4 milli konfransda  sədrlik etmişdir.  90-dan artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın  müəllifidir.

İş fəaliyyəti :

2020-ci ildən, Yeni Klinikanın Direktoru

2020-ci ildən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, şəxslərə göstərilən Tibbi Xidmətin Təkmilləşdirilməsi və ölüm Hallarının təhlili komissiyasının sədri

2019-cu ildən, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Müşahidə Şurasının üzvü

2019-cu ildən, komissiyasının üzvü

2017- 2018-ci illərdə,  Caspian İnternational Hospital, Baş həkim kimi çalışmışdır.

2012-2014-cü illərdə, Türkiyə Cümhuriyyəti, İnönü Universiteti, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrası, Gastroenteroloji, Bariatrik və Metabolik Cərrahiyyə Bölməsi

2014- 2017-ci illərdə, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Cərrahiyyə şöbəsi

2003-2019-cu illərdə, ATU- nun II Cərrahi xəstəliklər kafedrasında: 5 N- li Baki Şəhər Xəstəxanası I Cərrahiyyə şöbəsi

Üzv olduğu tibbi cəmiyyətlər:

Azərbaycan Tibb Asossiasiyası, komitə üzvü

Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Asossiasiyası

International Association of Surgeons, Gastroenterologists and Oncologists

International Society of  Surgery

European Society of Surgery

Türkiyə Cərrahiyyə Dərnəyi

Türkiyə Bariatrik Metabolik Cərrahlar Dərnəyi

Türkiyə Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi

Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyi

Türkiyə Hepatobiliyar Cərrahiyyə Dərnəyi

Türkiyə Orqan Transplantasiyası  Dərnəyi

Cərrahi fəaliyyət sahələri:

Laparoskopik cərrahiyyə, Mədə və bağırsaq cərrahiyyəsi, Yogun bağırsaq cərrahiyyəsi, Düz bağırsaq cərrahiyyəsi, Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi, Yırtıqların açıq və laparoskopik cərrahiyyəsi, Öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyəsi.

Ailəlidir iki övladı var.
Geri qayıt