"Eldar Mahmudov dəstəsi”nin hakim korpusundakı adamları niyə cəzasız qalıb? - ADLAR

"Eldar Mahmudov dəstəsi”nin hakim korpusundakı adamları niyə cəzasız qalıb? - ADLAR "Milli Təhlükəsizlik Nazirliyində yaradılmış mütəşəkkil cinayətkar dəstənin üzvləri arasında bu qurum tərəfindən məhkəmə sisteminə yeridilən hakimlər də var. Onlar vaxtilə MTN-nin İstintaq Baş İdarəsində saxta cinayət işlərinin istintaqını aparan və bu xidmətlərinə görə, Eldar Mahmudov tərəfindən hakim korpusuna yerləşdirilən müstəntiqlər Novruz Kərimov və Eldar İsmayılovdur”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında MTN tərəfindən qurama ittihamlarla uzun illər həbs həyatı yaşamış Səid Dadaşbəyli deyib.

Qeyd edək ki, MTN-nin dağılmasından sonra bu qurumda əksər cinayətkarlar öz layiqli cəzasını alsa da İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev azadlıqda qala bilmişdi.

Bu günlərdə isə Baş Prokurorluq Mövlan Şıxəliyevi vəzifə cinayətlərində ittiham edərək, həbs etdi.

Səid Dadaşbəyli saytımıza açıqlamasında deyib ki, Mövlam Şıxəliyevin rəhbərlik etdiyi İstintaq Baş İdarəsində böyük cinayətlərə imza atan müstəntiqlər olub: “Novruz Kərimov və Eldar İsmayılov işgəncələrə şəxsən rəhbərlik edirdilər. Məni alçaldır, təhqir edirdilər. Təsəvvür edin ki, təqsirləndirilən şəxsi əlləri, ayaqları bağlı dindirirdilər. Onlar bu cinayət işində əsas simalar idi. Ona görə də Eldar Mahmudov istintaqımızın sonunda onları Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim yolladı. Ötən illər ərzində bu iki adam (adam deməyə də dilim gəlmir) MTN tərəfindən qanunsuz həbs olunanlar vətəndaşlara sifarişli hökmlər çıxarıb. Hesab edirəm ki, bu adamlar da cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Gununsesi.info


Geri qayıt