Partiya sədrinin müavininin arvadı COVİD-19-dan öldü, özü komadadır

Partiya sədrinin müavininin arvadı COVİD-19-dan öldü, özü komadadır Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli komaya düşüb. 
Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb. 
O bildirib ki, A. İsmayılbəyli koronavirusdan əziyyət çəkir: “Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla  mübarizə aparır, komadadır”.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.
Geri qayıt