Vaqif Mustafayevi Pənah Hüseynə görə işdən çıxarıblar

Bu sözləri sabiq Baş nazir, AXP sədri Pənah Hüseyn bu gün “Musavat” TV-nin efirində qonaq olarkən deyib.
Siyasətçi qeyd edib ki, YAP hakimiyyəti yeni siyasi kurs götürüb ölkəni dəyişmək istəyirsə, köklü islahatlardan çəkinməməlidir:
“Buna gəncləşdirmə siyasəti deyə, başqa ad verə bilərsiniz. Əsas odur ki, dəyişiklik olsun”.
P.Hüseyn verilişdə sensassiya sayılacaq açıqlama ilə çıxış edib. Keçmiş hökümət başçısı bildirib ki, Space TV-nin sabiq prezidenti Vaqif Mustafayevi ona görə işdən uzaqlaşdırıblar:
“Bu barədə Space-də efirə gedən “Qırmızı Xətt” verilişində danışmışdım. Həmin çıxışdan sonra V.Mustafayevi işdən çıxardılar”.