Hamlet İsaxanlıya AĞIR İTKİ

Hamlet İsaxanlıya AĞIR İTKİ
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat yoldaşı, universitetin həmtəsisçisi, bəstəkar Nailə İsayeva dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə onun dostları məlumat yayıb.

73 yaşlı N.İsayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, N.İsayeva 1947-ci il may ayının 29-da Quba şəhərində anadan olub. Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, direktoru (2000-2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri (2010-cu ildən başlayaraq) və bəstəkar olub.

Geri qayıt