DİN-dən adı “Qırmızı Kitab”a düşən quşları ovlayanlara XƏBƏRDARLIQ

DİN-dən adı “Qırmızı Kitab”a düşən quşları ovlayanlara XƏBƏRDARLIQ Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idarənin əməkdaşları qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirir.
"Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur".-deyə nazirliyin məlumatında qeyd olunub.
Geri qayıt