Həbsdə olan qadın jurnalist azadlığa buraxılıb

Həbsdə olan qadın jurnalist azadlığa buraxılıb "Bakupress” İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) azadlığa buraxılıb.

Şəfəq Ağacan cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılması üçün Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuana satarkən yaxalanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.Ağacanın üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülmüşdü. Nərimanov rayon Məhkəməsinin hökmü ilə Ş.Ağacan 3 il azadlıqdan məhrum edilmişdi.
Geri qayıt