Şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan vətəndaşlığına qəbul edildi

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
"Əməkdaşlarımız Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlarımıza müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik", - o əlavə edib