Azərbaycanlı gənc model vəfat etdi - FOTO

Azərbaycanlı gənc model vəfat etdi - FOTO Sofa Hasan ləqəbli azərbaycanlı model vəfat edib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Sofa Hasan Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, o, bir müddət əvvəl aldığı kimyaterapiya və narkozlar səbəbi ilə ürəyində ciddi fəsadlar yarandığını, yeriməkdə çətinlik çəkdiyini bildirmişdi.

Məlumat üçün bildirək ki, Sofa Hasan məşhur gözəllik mərkəzlərinin birində model kimi çalışıb.

O, daha sonra xəstəlik səbəbi ilə model fəaliyyətini dayandırmış, “Instagram” və “TikTok”da bloqer kimi məşhurlaşmışdı.
Azərbaycanlı gənc model vəfat etdi - FOTO
Geri qayıt