Masallı Polis Şöbəsində yeni təyinatlar - ƏMR

Masallı Polis Şöbəsində yeni təyinatlar - ƏMR Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Masallı rayon Polis Şöbəsinə iki rəis müavini təyin edib.
Məlumata görə, nazirin əmri ilə polis mayoru Elşən Talıbov Masallı RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub. E.Talıbov əvvəl həmin şöbənin İctimai təhlükəsizlik bölməsinin rəisi olub.

Nazirin digər əmri ilə polis mayoru Elvin Əzimov əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb. O, şöbənin Təhqiqat bölməsinin rəisi olub.
Geri qayıt