Mehmanın saxlanılması ilə bağlı - Rəsmi açıqlama

Mehmanın saxlanılması ilə bağlı - Rəsmi açıqlama Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında M.Hüseynovun icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanıldığını bildirib:

“Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.

Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.

Qeyd edək ki, daha sonra M.Hüseynov sərbəst buraxılıb.
Geri qayıt