Təkzib

Təkzib 07 fevral 2017-ci il tarixdə Xalqxeber.Az saytında "DSMF-nin Gədəbəy şöbəsində yeni soyğunçuluq" başlığı altında Məsud Fəxrddin oğlu Məmmədovla bağlı məqalə dərc olunmuşdu. Bununla bağlı olaraq Məsud Məmmədov məqalədə göstərilən məlumatların onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələndirilməsi kimi dəyərlöndirərək Xalqxeber.Az saytını məhkəməyə vermişdir. Qeyd etmək istəyirik ki, həmin məqalələrdə Məsud Məmmədovun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hər hansı bir xəbər və ya məlumat yaymaq qəsdi olmamışdır. Xalqxeber.Az saytı həmin məlumatı ölkə mətbuatında dərc olunmuş digər sayta istinadən vermişdir. Belə ki, həmin informasiyanın istinadən dərc olunmasına baxmayaraq, dəqiqləşdirilmədən verildiyini və həqiqətə uyğun olmadığını bildirir həmçinin üzrxahlıq edirik.
Geri qayıt