Gəncə polisinin rəisinə birinci müavin təyin edilib - ƏMR

Gəncə polisinin rəisinə birinci müavin təyin edilib - ƏMR Daxili işlər orqanlarında yeni təyinat olub.

Polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəis təyin edilib.
Geri qayıt