Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi

Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub.

Məlumata görə, bu barədə Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib.

Qeyd edək ki, 31 yaşlı prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur.

O, bakalavriat təhsilini Qafqaz univeristetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib.
Geri qayıt