Bakıda milyonçular vilallarını kütləvi satışa çıxarır - NƏ BAŞ VERİR?

Bakıda milyonçular vilallarını kütləvi satışa çıxarır - NƏ BAŞ VERİR? Son günlər Bakının ətraf qəsəbələrində və şəhər mərkəzinə yaxın ərazilərdə olduqca bahalı vilalların satışına dair elanların sayı artıb.

Cebhe.info-nun əmlak saytlarında apardığı müşahidələr göstərib ki, xüsusilə fevralın ilk günlərindən etibarən dəyəri 500 min manatdan yuxarı olan əmlakların satışı ilə bağlı elanların sayı artıb.

Hətta tikinti və təmirinə, eləcə də avadanqılarına 1 milyon manatdan artıq vəsat xərcləndiyi bildirilən vilalların yarı qiymətə- 500 min manata satışa qoyulması hallarına da rastlanılıb.

Müşahidələr göstərib ki, satışa çıxarılan vilaların bir çoxu əsasən Badamdar ərazisində yerləşir. Burada sahəsi 300-500 kvm olan villalar 500-950 min manata arası təklif olunur.

Villa satışına görə ikinci yerdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi tutur. Burada da son günlər satışa çıxarılan vilalların sayı artıb. Qiymət is 500-900 min manat arasında dəyişir.

Maraqlı məqam villalaırn işərisindəki bahalı əşyalarla birlikd saıtlması və qiymətlərin buna görə hesablanmasıdır.

Görünür, villa sahibləri ya ehityacdan, ya da zərurətdən əşyaların ayrıca satışına xüsusi zaman ayırmaq niyyətində deyillər.
Bakıda milyonçular vilallarını kütləvi satışa çıxarır - NƏ BAŞ VERİR?

Geri qayıt