Lider valideyn olmağın sirləri

Lider valideyn olmağın sirləri Bu gün cəmiyyətimizdə diqqət çəkən əsas məqamlardan biri də uşaqların öz məsuliyyətlərini dərk etməməsi və ya dərk etmək istəməməsidir. Lakin bir çox valideynlər öz məsuliyyətlərini dərk etmək istəməyən uşaqların məsuliyyətlərini üzərlərinə götürməyi özlərinə borc bilirlər. Məsuliyyətlərini yerinə yetirməyən uşaqların əskiklərini tamamlamaqla əslində onlar özləri də bilmədən uşaqların gələcəkdə daha böyük məsuliyyətlərdən boyun qaçırmasına şərait yaradırlar.
Türkiyəli psixoloqlar uşaqlara müəyyən məsuliyyətlərin kiçik yaşda aşılanması lazım olduğunu ifadə edərək, "oyuncaqlarını özünün toplaması, paltarlarını özünün yığışdırması, tapşırıqlarını özünün yerinə yetirməsi lazım olduğunu kiçik yaşda öyrədin" xəbərdarlığını edirlər:
“Uşaq yetişdirmə mövzusunda məsləhət almaq üçün gələn valideynlərdən əldə təcrübələr əldə edirik. Təcrübələr göstərir ki, günümüzdə karyerası ilə əlaqədar övladlarına çox vaxt ayıra bilməyən valideynlərin uşaq yetişdirməyi çətin hala gəli” – deyə bildirirlər.
Bu çətinliklər həm də nənə və baba dəstəyi ilə həll etməyə çalışmaq ya da baxıcılar tutmaq kimi müvəqqəti həll yolları tapmaqla yaranır. Bu vəziyyət bəzi ailələrdə problemi həll etsə də, əksər ailələrdə problem daha da böyüməkdədir.
Problemlərin təməlini isə ana-ata yerinə liderliyi çox erkən dövrdə ələ keçirmiş uşaqlar yaradırlar. Əslində liderliyi uşağa verənlər də məhz nənə və babalardır. Təəssüf ki, ailələrdə idarə tamamilə əllərindən çıxanda və başqa ailədaxili problemlər meydana gələndə bu vəziyyətin fərqinə varırlar. Əslində istər ata-anası işləyən, istərsə də nənə-baba və ya baxıcı nəzarətində böyüyən uşaqları da özünə tam inamlı, məsuliyyətlərini bilən, əxlaqi dəyərləri inkişaf etmiş şəxsiyyət kimi yetişdirmək mümkündür.
Türkiyəli psixoloqların gəldiyi qənaət əsasında bunu demək olar.
Valideyn nələrdən çəkinməlidir
Əqli, sosial, əxlaqi və özünə inam baxımından yaxşı uşaq yetişdirmək üçün nə etmək lazım olduğuna toxunan psixoloq Mustafa Güralın yanaşması olduqca maraqlıdır:
“Ana və atanın fikirləri üst-üstə düşməlidir, biri "bəli" deyərkən digəri “xeyr” deməməlidir”.
Valideynlər uşaqları ilə bazarlıq etməməlidirlər. Məsələn: “Bu gün evdə sakit dursan, səni parka apararam” kimi cümlələr qurmaq olmaz. Belə ki, bu cümlə iki baxımdan yanlışdır: Uşaq həm sakit dayanmağa dair konkret göstəricilərə ehtiyac duymaqdadır, həm də “sakit durmaq” uşaqların onsuz da əməl etməli olduqları adi bir davranışdır.
Əslində uşağa istəmədən sətiraltı mesajlar vasitəsilə “sakit durmaq” kimi qəbul etdiyi davranışları istədiyi bir hərəkəti edə bilmənin ön şərti kimi qəbul etməsini və bu vəziyyəti pillə olaraq istifadə kimi aşılayırıq.
Geri qayıt