Villalar “kralı” Oqtay Əsədov - Sabiq spikerin daha bir bağı Novxanıda peyda oldu - Fotofakt

Villalar “kralı” Oqtay Əsədov - Sabiq spikerin daha bir bağı Novxanıda peyda oldu - Fotofakt Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun daha bir villası Novxanıda, Məhəmməd Əsədov küçəsində yerləşir.

PİA.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, Əsədovon Novxanıdakı bağının sahəsi 3 hektara yaxındır.

“Sabiq spikerin Şüvəlan və Sulutəpədəki villalarında olduğu kimi burda da iri tennis kortu var. Həm də üstü bağlı. Əlavə olaraq üstüaçıq və bağlı daha iki basseyn, sauna, açıq mini futbol meydançası var”.

Cavanşir Həsənli qeyd edir ki, Oqtay Əsədov əsasən Şüvəlanı xoşlayır. “Qışda Sulutəpədə qalır, hərdən Novxanıya üz tutur”.

Xatırladaq ki, bir neçə gün əvvəl sabiq spikerin Moskvadakı “Kapriz” restoranını yeniləməsi, habelə onun Sulutəpə və Şüvəlanda hektarlarla ərazisi olan bağları olduğu barədə məlumat yayılmışdı.
Villalar “kralı” Oqtay Əsədov - Sabiq spikerin daha bir bağı Novxanıda peyda oldu - Fotofakt


Geri qayıt