Musa Pənahovun Qubada gilas bağı – Torpaqlar neçə ələ keçirilir?

Quba rayonundan olan, hazırda Musa Pənahov tərəfindən torpaqları əlindən alınan sakinlər Bizimxeber.az -a bildirib ki, hektarlarla torpaq sahəsinə malik olan Musa Pənahov kənd sakinlərinə məxsus, dədə-babalarından qalan torpaq sahələrini ucuz qiymətə alaraq gilas bağları salıb.
Həmçinin bu “razılaşma”lar zamanı bir neçə vətəndaşın halal torpağı bu ərazilərdə it-bat olub. Daha doğrusu, Musa Pənahov tərəfindən ələ keçirilib. Sakinlər bildirir ki, əllərində qanuni sənədləri, bu torpaqların dədə-babadan onlara məxsus olduğunu isbatlayan sənədlər olsa belə buna məhəl qoyulmur. Hazırda ərazilər “setka”lanıb və torpaqların sahibləri bu əraziyə yaxın dura bilmir.
Quba rayon Qəçrəş kəndində yaşayan, eyni problemlərdən əziyyət çəkən sakinlərdən redaksiya ilə əlaqə saxlamaları tövsiyyə olunur.
Bizimxeber.az