"Cənab Aslanov qüsl edib təmizlənəcək" - Dünənki çıxışdan sonra

"Cənab Aslanov qüsl edib təmizlənəcək" - Dünənki çıxışdan sonra "Su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək".

Bunu dünən dövlət başçısı İlham Əliyev Sumqayıtda çıxışında deyib.

Ölkənin su təsərrüfatının bərbad günə qoyulmasının əsas səbəblərindən biri kimi bu sahəyə ayrılan vəsaitlərin ASC rəhbərliyi tərəfindən korrupsiya yolu ilə mənimsənilməsini isbat edən onlarla sənəd yayımlamşıq. İstər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu və qızının xarici ölkələrdəki bahalı mülkləri və otelləri, onun müavini Rafiq Aslanovun oğlunun Londondakı kolleksiyasına aid ASL(*)NOV seriyalı bahalı avtomobilləri ictimaiyyətə yaxşı məlumdur.

Aşağıda Qarabağda qanlı müharibənin 16-ı günündə Rafiq Aslanov Londonda yaşayan oğlu Afiq Aslanov üçün manat ekvivalenti ilə təxminən 1 milyona aldığı ikinci mənzilin (mülkiyyət seriyası SY793665) sənədlərini də təqdim edirəm. Sənələrdəki tarixə diqqət edin. Məhz müharibənin 16-cı günü onun doğulduğu Füzuli şəhəri uğrunda döyüşlər gedirdi.

Rafiq Aslanov ölkənin hazırda mövcud olan 3 dövlət su şirkətinin əsasında yeni yaradılacaq vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir. Yəqin dünənki çıxışdan sonra cənab Aslanov qüsl edib təmizlənəcək.

Cavanşir Həsənli
Araşdırmaçı jurnalist //miq.az//
"Cənab Aslanov qüsl edib təmizlənəcək" - Dünənki çıxışdan sonra



Geri qayıt