Əliyar Əliyevin məzar daşı hazırlandı (FOTO)

Əliyar Əliyevin məzar daşı hazırlandı (FOTO) Azərbaycanın yeddi Milli Qəhrəmanına dövlət tərəfindən məzar daşları hazırlanır.

Bu barədə Oxu.Az-a Azərbacanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyev məlumat verib.

O bildirib ki, atasının məzar daşının hazırlanması Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən sifariş olunub:

"Bəli atamın və Qubadlıdan olan altı Milli Qəhrəmanın hər birinin məzar daşı hazırlanır. Hazırda dörd nəfərin məzar daşı artıq hazırdır, digər üç nəfərin də məzar daşının da qısa zamanda hazırlanması gözlənilir. Məzar daşları tam hazırlanması ilə bağlı dəqiq tarix bəlli olmasa da, yaxın zamanda işlərin yekunlaşacağı gözlənilir”.
Əliyar Əliyevin məzar daşı hazırlandı (FOTO)
Geri qayıt