Hələ də narazılıq yaradan icra başçıları var... - SƏRT CƏZALAR GƏLİR...

Hələ də narazılıq yaradan icra başçıları var... - SƏRT CƏZALAR GƏLİR... "Son günlər bəzi icra başçılarının Şəhid Ailələrinə və Qarabağ Qazilərinə laqeyd münasibəti haqlı olaraq ictimai qınaqla qarşılanmaqdadır. Artıq bu məsələ ilə bağlı "yuxarılar" ciddi tapşırılqarını veriblər və ən sərt cəzalar olacaq". Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Qusar, Ağstafa və daha bir neçə rayonun icra başçısının Qarabağ Qazilərinə və Şəhid ailələrinə az qala düşmən mövqedə dayanması ilə bağlı faktlar araşdırılır. Mənbənin dia.az-a söylədikləri:

"Təkcə adları çəkilənlər deyil. Daha bir neçə icra başçısının məsələsi gündəmdədir və yaxın günlərdə sərt qərarların verilməsini görəcəyik".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
Geri qayıt