ŞOK: Arzu Rəhimov yeni bazar açıb… – İTTİHAM

ŞOK: Arzu Rəhimov yeni bazar açıb… – İTTİHAM 44 günlük Vətən Savaşında qınaqdan çıxa bilməyən, daha dəqiqi, gözlədiyimiz, arzuladığımız nəticəni verə bilməyən dövlət qurumlarından biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Hər halda görünəni budur və bu gün aldığımız daha bir xəbər başında Arzu Rəhimov adlı “köhnəliyin qalığı” hesab olunan şəxsin dayandığı bu qurum baş verən ürəkağrıdan mənzərədən xəbər verir.

Bu barədə DİA.AZ-a xəbər verir ki, özünün neqativlərini gizlətməyə çalışan Arzu Rəhimov yerlərdəki nümayəndələrinə taöpşırıq verib ki, 35 yaşına qədər olan və hərbi xidmətə yararsız kimi qeydiyyata alınanların təkrar müayinəsi təşkil edilsin.

Mənbə bildiri: “Əslində, bu qərar da növbəti bazarlıq predmetinə çevrilib. Xəstəlik adı ilə ordudan yayınanlar təkrar müayinəyə çağrılır və yenidən pul yığılır. Adını da qoyurlar DAXİLİ TƏFTİŞ…”

Mənbə bildirir ki, sözügedən ab-hava Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əksrə rayon şöbələrində müşahidə olunmaqdadır.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
Geri qayıt