Daha bir həkim koronavirusdan vəfat etdi

Daha bir həkim koronavirusdan vəfat etdi Sumqayıt şəhəri 1 saylı poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli koronavirusdan vəfat edib.

Bu barədə onun həmkarı Aydın Əliyev "Facebook"da yazıb.

Onun sözlərinə görə, K. Kərimli KT müayinəsindən keçən zaman ağciyərlərində 10 faiz buzlu şüşə aşkarlanıb. Əvvəlcə Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alsa da, sonradan vəziyyəti ağırlaşıb və Zığ modul tipli xəstəxanaya yerləşdirilib, orada vəfat edib.
Geri qayıt