Əhaliyə Yeni il xəbərdarlığı: - DİQQƏTLİ OLUN!

Əhaliyə Yeni il xəbərdarlığı: - DİQQƏTLİ OLUN! Yeni il ən sevilən bayramlardan biridir və vətəndaşların əksəriyyəti, pandemiya və Qarabağ savaşındakı şəhidlərimizlə, yaralılarımızla əlaqədar, minimum səviyyədə də olsa, onu olduca sadə şəkildə qarşılamağa hazırlaşır. Yeni il süfrəsi üçün yeməklərdən əlavə, uyğun aura yaratmaq üçün Yeni il bəzəkləri və hava fişəngləri də alınır.

Ancaq Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun AYNA-ya dediyinə görə, əhalinin alıcılıq qabiliyyətinin azalması səbəbindən bu il Yeni il atributları ilə əlaqəli mallara tələb azalıb: “Bu cür məhsulların bahalaşması gözlənilmir, çünki bazar qanununa görə, tələb çox olarsa, qiyməti qalxır. Bu il daha az vətəndaş Yeni il məhsulları alacaq və bayramın özü əvvəlkindən daha sadə keçəcək”.

“Alıcıları cəlb etmək üçün satıcılar daha ucuz, eyni zamanda keyfiyyətli küknar ağacı və ona bəzəklər satmalıdırlar. Lakin əvvəlki illərdə olduğu kimi keyfiyyətlə bağlı problemlər var. Hər il AİB keyfiyyətsiz yolka və bəzəkləri müəyyənləşdirir və bununla bağlı vətəndaşlardan çoxlu şikayətlər olur”, - həmsöhbətimiz bidirib.

Mütəxəssisin sözlərinə görə, keyfiyyətsiz yolka alınması ilə əlaqədar quruma artıq bir müraciət daxil olub: “Sumqayıt sakini bu yaxınlarda elektrik çələngli bir yolka aldığından şikayətlənib. Çələng bağlanan kimi ağac alışıb, tüstüləməyə başlayıb. Vaxtaşırı Yeni il tətilləri zamanı yanğın çələngləri, şamlar səbəbiylə Yeni il ağaclarının alovlanması və həmçinin ağacların yaxınlığındakı elektrik cihazlarının yerləşdirilməsi səbəbindən yanğınlar qeydə alınır. Bəzi ağaclar ən kiçik bir qığılcımla alovlanır ki, bu da onların hazırlandığı materialdan asılıdır. İstehlakçıları ayıq olmağa, şübhəli keyfiyyətli mallar almamağa və heç bir halda yolka ağacını yanan elektrik lampaları ilə birgə qoyub, yatmağa getməməyə çağırıram”.

AİB rəhbəri əlavə edib ki, Yeni il mallarının əksəriyyəti ölkəyə Çindən və Rusiyadan, həmçinin Hindistandan gətirilir: “Boya oyuncaqlardan və yolkalardan ələ çıxırsa, güclü bir xoşagəlməz qoxu gəlirsə, deməli istehsalında zərərli maddələrdən istifadə edilib. Və sağlamlıq üçün təhlükəli ola biləcəyi üçün belə bir satınalmadan imtina edilməlidir”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə hesab edir ki, pandemiya və iqtisadi böhrana baxmayaraq, əksər ailələr özlərini tətildən məhrum etmək istəməyəcək və maddi imkanlarından asılı olaraq pullarını həm dolu bir bayram masası üçün, həm də evdə Yeni il bəzəyinə xərcləyəcək. “Çoxları hər şeyi son günlərə qədər təxirə salmamaq üçün onsuz da bazarlığını edib. Satıcılar satış həcmindən şikayət etmirlər. Əhalinin müəyyən bir hissəsi son aylarda qida və kommunal xərclərdən başqa pul xərcləmək üçün bir şey olmadığına görə, az-çox vəsait toplayıb”, - deyə o, AYNA-ya bildirib.

“Yolkalar və oyuncaqlar uzun illər işlənə biləcək, lakin vaxtaşırı yenilənməsi lazım olan bir alışdır. İndi bazarda bu cür məhsulların yaxşı bir seçimi var, bununla birlikdə keyfiyyətli malların qiymətləri bahadır. Ancaq çox şey alış-veriş məkanından asılıdır. Şəhərdə orta hesabla 2 metr hündürlüyündə bir yolka ağacı 240-250 manata, “Sədərək”də isə 180 manata satılır. Keçən ilin göstəriciləri ilə müqayisə etsək, inflyasiya nəzərə alınmaqla, xərclər təxminən eyni qalıb”, - müsahibimiz vurğulayıb.

Ağayevin sözlərinə görə, əhali pirotexniki vasitələr almağa da hazırdır, baxmayaraq ki, indi bazarda bu məhsul, keçən ilə nisbətən azdır: “Baxmayaraq ki, pirotexniki vasitələrin satışına qoyulan qadağa 2001-ci ildən qüvvədədir, lakin əslində, formal bir qadağa olduğu üçün hələ də asanlıqla əldə edilə bilinir. Böyük miqdarda bu cür mal ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Düşünürəm ki, Yeni il ərəfəsində Çinlə açıq ticarət əlaqələri olan Gürcüstandan ölkəmizə çox sayda belə məhsul gələcək”.
Geri qayıt