Yaşayış yerini icazəsiz tərk etməyə iki halda icazə veriləcək

Operativ Qərargahdan verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı şəxslərin yaşayış yerini və olduğu SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ var:
1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;
2. məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).