TBMM-in 100 illiyinə həsr olunan beynəlxalq simpoziumda türk parlamentarizm ənənələrinin təkamül tarixindən danışılıb
Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə TBMM-in 100 illiyinə həsr olunmuş və dekabrın 4-də parlamentin sədri Mustafa Şentop tərəfindən açılmış beynəlxalq elmi simpozium dekabrın 6-da da öz işini davam etdirib. Onlayn keçirilən “Türkiyə Böyük Millət Məclisinin 100-cü ilində milli suverenlik və təmsil” adlı beynəlxalq simpoziumun işində dünyanın bir çox ölkələrindən alimlər və siyasətçilər iştirak edirlər.
Beynəlxalq Türk Akademiyasının daimi katibi professor Asxat Kesikbayevin moderatorluğu ilə keçirilən panel iclasında deputat Cavanşir Feyziyev “Türk parlamentarizm ənənələrinin təkamül tarixi” adlı məruzə ilə çıxış edib. O, klassik türk dövlətçiliyinin inkişafında parlamentarizm ənənələrinin ilkin təzahür formalarından bugünkü müasir parlament təsisatına qədər keçdiyi təkamül tarixindən bəhs edib. Qeyd edib ki, tarixi mənbələrdə türk dövlət məclisləri barədə ilkin məlumatlar Böyük Hun imperiyası dönəminə təsadüf edir və mühüm ictimai-siyasi təsir imkanlarına malik olan “Gənəşək” elmi ədəbiyyatda ilk türk proto-parlamenti kimi tanınıb. Məruzəçi Hunlar və Göytürklər dönəmində fəaliyyət göstərmiş “Qurultaylar”, Əmir Teymurun dövlət idarəçiliyi sisteminin vacib mexanizmi olan “Gənəşək”, “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan “Toy”lar, orta əsr türk dövlətlərində rast gəlinən “Seçilənlər Məclisi”, “İxtiyarlar Məclisi”, “Məşvərətçi Şura”, “Divani-Humayun” kimi ilkin parlament quruluşlarının səlahiyyətləri və cəmiyyətlərin həyatındakı rolu haqqında ətraflı məlumat verib. Böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında 1920-ci ildə fəaliyyətə başlamış TBMM-in keçdiyi şərəfli yol haqqında danışan deputat qardaş ölkənin parlamentində bir həftə öncə Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi haqqında qanunun qəbul olunduğunu xatırladaraq Türkiyə Cümhuriyyətinə və TBMM-ə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib. Cavanşir Feyziyev deyib ki, bu qanunun TBMM-də qəbul olunması qardaş Türkiyənin dünya siyasətində söz sahibi olduğunu və bütün müstəqil türk dövlətlərinin təhlükəsizliyinin zəmanəti olduğunu göstərən tarixi bir hadisədir.
Daha sonra deputat müstəqil türk respublikalarının parlamentləri arasında əlaqələrin genişləndirilməsi və gücləndirilməsi zərurəti haqqında danışıb və bu məsələdə TÜRKPA-nın rolunu qeyd edib.
Elmi simpoziumda Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Müasir türk respublikaları arasında mədəni-humanitar əlaqələr” və Özbəkistan Ali Məclisinin üzvü, tarixçi-alim Əzəmət Ziya “Teymurilər dövründə Özbək dövlətində keneşlər və qurultaylar” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr və müzakirələr TBMM-in saytında canlı yayımlanıb. Simpozium öz işini növbəti günlərdə də davam etdirəcək və dünyanın bir çox ölkələrindən olan elm adamları və parlament üzvləri tərəfindən Türkiyə parlamentinin 100 illiyinə həsr olunmuş məruzələr və çıxışlar ediləcək.
Geri qayıtBeynəlxalq Türk Akademiyasının daimi katibi professor Asxat Kesikbayevin moderatorluğu ilə keçirilən panel iclasında deputat Cavanşir Feyziyev “Türk parlamentarizm ənənələrinin təkamül tarixi” adlı məruzə ilə çıxış edib. O, klassik türk dövlətçiliyinin inkişafında parlamentarizm ənənələrinin ilkin təzahür formalarından bugünkü müasir parlament təsisatına qədər keçdiyi təkamül tarixindən bəhs edib. Qeyd edib ki, tarixi mənbələrdə türk dövlət məclisləri barədə ilkin məlumatlar Böyük Hun imperiyası dönəminə təsadüf edir və mühüm ictimai-siyasi təsir imkanlarına malik olan “Gənəşək” elmi ədəbiyyatda ilk türk proto-parlamenti kimi tanınıb. Məruzəçi Hunlar və Göytürklər dönəmində fəaliyyət göstərmiş “Qurultaylar”, Əmir Teymurun dövlət idarəçiliyi sisteminin vacib mexanizmi olan “Gənəşək”, “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan “Toy”lar, orta əsr türk dövlətlərində rast gəlinən “Seçilənlər Məclisi”, “İxtiyarlar Məclisi”, “Məşvərətçi Şura”, “Divani-Humayun” kimi ilkin parlament quruluşlarının səlahiyyətləri və cəmiyyətlərin həyatındakı rolu haqqında ətraflı məlumat verib. Böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında 1920-ci ildə fəaliyyətə başlamış TBMM-in keçdiyi şərəfli yol haqqında danışan deputat qardaş ölkənin parlamentində bir həftə öncə Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi haqqında qanunun qəbul olunduğunu xatırladaraq Türkiyə Cümhuriyyətinə və TBMM-ə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib. Cavanşir Feyziyev deyib ki, bu qanunun TBMM-də qəbul olunması qardaş Türkiyənin dünya siyasətində söz sahibi olduğunu və bütün müstəqil türk dövlətlərinin təhlükəsizliyinin zəmanəti olduğunu göstərən tarixi bir hadisədir.
Daha sonra deputat müstəqil türk respublikalarının parlamentləri arasında əlaqələrin genişləndirilməsi və gücləndirilməsi zərurəti haqqında danışıb və bu məsələdə TÜRKPA-nın rolunu qeyd edib.
Elmi simpoziumda Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Müasir türk respublikaları arasında mədəni-humanitar əlaqələr” və Özbəkistan Ali Məclisinin üzvü, tarixçi-alim Əzəmət Ziya “Teymurilər dövründə Özbək dövlətində keneşlər və qurultaylar” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr və müzakirələr TBMM-in saytında canlı yayımlanıb. Simpozium öz işini növbəti günlərdə də davam etdirəcək və dünyanın bir çox ölkələrindən olan elm adamları və parlament üzvləri tərəfindən Türkiyə parlamentinin 100 illiyinə həsr olunmuş məruzələr və çıxışlar ediləcək.