Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun!

Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! Milli Məclisin deputatı Ülvi Quliyev özünün facebook səhifəsində Qarabağın işğaldan azad olunması ilə bağlı videopaylaşım edib.

Sözönü olaraq deputat bunları qeyd edib:

"Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Xalqı və qurub-yaratdığı Müzəffər Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki,Milli Qürurumuzu qorumağa və torpaqlarımızı hərbi yolla işğaldan azad etməyə qadirdir! Ali Baş Komandanımız dediyini həyata keçirərək sübut etdi ki,Qarabağ Azərbaycandır və bunun tarixi nida işarəsini qoydu!

Allah Şəhidlərimizə rəhmət etsin,yaralı həmvətənlərimizə şəfa versin!

Uca Tanrı Prezidentimizə,Xalqımıza və Müzəffər Ordumuza bundan sonra da yar olsun,Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun! Bu tarixi qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun!”

Geri qayıt