Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat Daxili İşlər orqanlarında dəyişiklik olub.

Bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polkovnik-leytenant Elmir İsgəndərov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, DİN-in Baş mühafizə İdarəsinin Xidmətin Təşkili İdarəsinə rəis təyin edilib.
Geri qayıt