Cavid Qurbanovun şübhəli tərəfdaşları... - İLGİNC

Cavid Qurbanovun şübhəli tərəfdaşları... - İLGİNC Keçən günlərdə Azərbaycan Dəmir Yolları tenderlərin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, ADY aşağıdakı tenderlərin qalibini açıqlayıb:

1.Maşın və avadanlığın alınması və quraşdırılması
2. Gəncə Dəmir Yolu Xəstəxanası MMC-nin Terapiya profilli gündüz stasionar bölməsində və labaratoriyada təmir işləri

Açıq tenderin müvafiq olarq qaliblər və ödəniləcək məbləğlər aşağıdakı kimidir:

1. "VIVA MEDICAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti - 111 min 515 manat

2. "ENERJİ TİKİNTİ SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti - 191 min 137 manat

DİA.AZ bildirir ki, bu gün "Azərbaycan Dəmir Yolları"nın qlib elan etdiyi hər iki şirkətlə bağlı yerli KİV-də yetərincə neqativ reputasiya yaradacaq informasiyalar yayılıb.

Burada diqqət çəkən məqamlardan biri isə "ENERJİ TİKİNTİ SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlıdır. Araşdırmalardan aydın olur ki, Müsabiqənin qalibi "ENERJİ TİKİNTİ SERVİS" MMC-nin 135991,39 AZN vergi borcu var (VÖEN: 1504204971).

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən mümkünsüzdür.

Burada nəzər yetiriləsi bir məqam da ondan ibarətdir ki, Cavid Qurbanovun rəhbərlik etdiyi dövlət qurumu tenderin nəticələrini ölkədə müharibə ovqatının yüksək olduğu bir məqamda elan edib ki, bu da hansı durumdan xəbər verir... müəyyən etmək o qədər də çətin deyil. Yəni dərə xəlvət, tülkü bəy...
Geri qayıt