Abutalıbovun kadrının başı böyük dərddə... - İDDİA

Rəsmi əməkhaqqı min manatdan yuxarı olmayan Vidadi Əliyev bu gün paytaxtda və müxtəlif rayonlarda yerləşən onlarla bahalı obyekt və daşınmaz əmlaklara sahibdir. Onun varidatının ümumi dəyəri təxmini bazar qiymətləri ilə hesablansa on milyonlarla dollar məbləğində dəyərləndirilir. Gundelik-baku.com-a danışan mənbəmiz bildirir ki, daşınmaz əmlakdan əlavə, Vidadi Əliyevin ortaq biznes şəbəkəsinə yanacaqdoldurma məntəqələri də daxildir (məlumata görə, “Sədərək” Ticarət Mərkəzinə gedən yolun üstündəki “Lukoil” yanacaqdoldurma məntəqəsi də ona məxsusdur). Bundan başqa “qəhrəman”ımızın Bərdə şəhərində və İsmayıllı rayonunda onlarla obyekti, yanacaqdoldurma məntəqələri və mal-qara təsərrüfatları, torpaq sahələri mövcuddur. Həmçinin, Vidadi Əliyevin biznes şəbəkəsinin ən gəlirli sahələrindən biri də Bakının Zirə kəndindəki nəhəng istixanadır. V.Əliyev istixana biznesindən yaxşı gəlir əldə etdiyi üçün bu sahəni daha da genişləndirmək “eşq”inə düşüb. Bunun üçün də Bərdə rayonunda aldığı hektarlarla torpaq sahəsində daha böyük və qiyməti milyonlarla manat dəyərində olan, xarici avadanlıqla təchiz olunmuş müasir tipli istixanalar inşa etdirib. Son olaraq bir faktı da xatırladaq ki, bu qədər var-dövlətin və vəzifələrin sahibi olanVidadi Qəşəm oğlu Əliyev 2003-cü ildə qəsdən adam öldürməyə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş və bunu onu vəzifəyə təyin edənlər də bilirmiş. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi ölçü götürəcək və yeni təyin olunacaq Baş Prokurorumuz Vidadi Əliyevin taladığı milyonları dövlət büdcəsinə qaytaracaqdır.
“Gündəlik Bakı”