"Bütün Azərbaycan topçu Vüsaldan danışır"

"Bütün Azərbaycan topçu Vüsaldan danışır" Aparıcı Kəmalə Piriyeva müzəffər ordumuzun igid əsgəri Vüsal Şahkərimovdan yazıb.

Aparıcı "İnstagram" səhifəsində igid əsgərimizin fotosunu paylaşaraq, bu sözləri yazıb:

"Bütün Azərbaycan topçu Vüsaldan danışır, fotosu sosial şəbəkələri bəzəyir.

Əsgərimizin atası İslam Şahkərimov deyir, oğlunun fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:

"Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm"
Geri qayıt