Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.

Bu barədə Pakistan səfiri "Twitter"də bildirib.

Səfir Bilal Hayee bildirib ki, görüşdə Pakistan və Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.

"COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam", - deyə səfir qeyd edib.
Geri qayıt