Hərbi xidmətə çağırılan vətəndaşların NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır: "İnanırıq ki, rəşadətli Azərbaycan ordusu qısa bir müddət ərzində düşməni məğlub edəcək və öz tarixi torpaqları, doğma vətəni uğrunda döyüşən igidlərimiz tezliklə qələbə sevinci ilə geri dönəcəklər.
Müsahibələri təxirə salınmış namizədlərin nəzərinə çatdırırıq ki, onlar üçün yenidən müsahibələr təşkil ediləcək və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcək".