Xakerlərimiz Ermənistanın itkilərini İrəvan sakinlərinə çatdırdı

Azərbaycan xakerləri bunu İrəvanda yerləşən mağazaların birindəki müşahidə kameraları vasitəsilə həyata keçirib.
Belə ki, azərbaycanlı xakerlərin sayəsində İrəvandakı "Tea & Coffee Planet" dükanında satıcı və müştərilər üçün hər axşam cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst məlumatlar verilir.