Rövnəq Abdullayevin şəriki Rəfael Mehrəliyevin biznes imperiyası-BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NƏ BAŞ VERİR?

Rövnəq Abdullayevin şəriki Rəfael Mehrəliyevin biznes imperiyası-BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NƏ BAŞ VERİR? Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev azad medianın ağzını tikən çox az sayda məmurlardan biridir. Bunu gəlişi gözəl söz kimi demirik.
İlk baxışdan bu adam nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, Departament rəisidir.
Bu məqamda kim yada düşür ?
Hansısa Lift idarəsinin müdiri Qüdrət Şükürovun qızına 450 min dollara toy etməsi düşür.
Kim inana bilərdi ki, liftin müdirində bu qədər milyonlar var..?
Bax Mehrəliyev də elədir. Baxırsan adi Departament rəisidr. Amma...
İndi gəlin görək, bu Departament rəisi hansı sahələrə baxıb ?
Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Bəs bu adam bu vəzəfəyə necə gəlib ?
Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, məhkum həyatı yaşayan Vidadi Zeynalovun birbaşa dəstəyi ilə olub.
R.Mehrəliyev də hər yerdə deyir ki, mən V.Zeynalovu tanımıram.
Adam, sən V.Zeynalovu necə tanımaya bilərsən, axı ?
Sənin doğma qardaşın, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev Vidadi Zeynalovun dost-doğma yeznəsidir.
Və Vidadi Zeynalov Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə səni təyin etdirib. Vəssəlam. Bu qədər sadə.
İndi gəlin, R.Mehrəliyevin əmlakına bir nəzər salaq:
1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt
Çevrəndə cəmləşən və Faşist Hitlerin SSRİ-yə vurmadğı ziyanı Azərbaycana vuran Nadir, Azər, Elşad, Fetö, Eldar, Rəfael, Ceyhun, Vidadi, Xəlil, Mübariz, İlqar, Bəhram və digərləri barədə geniş araşdırmamız olacaq.
Növbəti yazıda Rəfael Mehrəliyevlə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin ortaq biznesi, şərikliyi barədə yazacağıq.
Bizi izləyin.
gundelik-baku.com
Geri qayıt