Zakir Fərəcovdan sonra hansı “sürprizi” gözləyək… - İpə-sapa yatmır...

Zakir Fərəcovdan sonra hansı “sürprizi” gözləyək… - İpə-sapa yatmır... Son vaxtlar ölkənin məmur korpusu ilə bağlı yeni siyasətin ortaya qoyulduğunun şahidi oluruq. Söhbət yeni tip məmur kontingentinin formalaşması istiqamətində ən ali siyasi iradənin ortaya qoyulmasından gedir. Bu kontekstdə köhnə və oliqarxlaşmış, islahat prosesinə mane olan məmurlarla vidalaşmadan tutmuş, məmur korpusunda reallaşan həbsləri qeyd edə bilərik. Ancaq bütün bunların fonunda özünü köhnə qvardiyaya aid edən bəzi məmurların dirənişinin şahidi oluruq. Bu dirəniş yalnız onların öz kreslolarının qorunmasına hesablanmayıb, onlar belə addımları və sabotajları ilə ölkənin gələcək inkişafının qarşısını almaq istəyirlər. Təəssüflə qeyd etməliyik ki, biz anoloji addımları və şəxsləri daha çox icra strukturlarında görürük. Ruşvət almasına dair ifşaedici videokadrların nümayiş olunamsından sonra, bəzi icra başçılarının yənə də eyni əməlləri təkrar etdiyini görmüşük. Hətta bu cür cinayət əməllərinə görə həbsə salınan icra başçılarının sayında bir artım da müşahidə edirik. Ən maraqlısı budur ki, bu qəbildən olan bəzi icra başçıları özünü “toxunulmaz” hesab etdikləri üçün yarıtmaz fəaliyyətləri ilə yanaşı, siyasi sabotaj sayılan addımlara da imza atırlar.

Uzun müddətdir ki, Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarların pulunu mənimsəməkdə ittiham olunan Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı ötən həftə çox biabırçı bir qalmaqalda hallandı. İlin, günün bu vaxtında bu adam göstəriş verib ki, Sumqayıtdakı məhlələrdən birində Tovuz şəhidlərimizin plakatı önündə asılan Türkiyənin bayrağı endirilsin. Doğrusu bu addımın niyə atıldığı ilk anda təəccüblü gəldi. Ancaq sonradan məlum oldu ki, həmin əməli edənlər icra hakimiyyətinin işçiləridir, bir az da düşünməyə qərar verdik. Bilirsiniz ki, hazırda ölkəmiz olduqca həssas bir məqama qədəm qoyub. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bizim ətrafımızda olan nəhəng ölkələr öz mövqelərini artıq konkret ifadə edirlər. Məsələn, Prezident İlham Əliyevin dəfələrlə etiraf etdiyi kimi, belə gərgin məqamda Rusiya Ermənistana silah daşıyır. Bunun fonunda isə qardaş Türkiyə birmənalı olaraq Azərbaycanı dəstəkləyir və 11 minlik bir həbi kontingentlə ölkəmizdə təlimə gəldi. Bu, eyni zamanda Türkiyənin ölkəmizə verdiyi açıq bir mesajıydı ki, hətta savaş olsa belə, biz Azərbaycanla birlikdəyik. Şübhəsizdir ki, qardaş ölkənin bu jestini ən gözəl dəyərləndirəndən biri də məhz ölkə başçısı olub. Gəlin ölkə başçısının bir neçə gün əvvəl, Yunanıstanın ölkəmizə yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edərkən Türkiyəni diplomatik ifadələrlə deyil, açıq mətnlə necə müdafiə etdiyinə diqqət edək:

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Göründüyü kimi, ölkə başçısı Rusiya kimi bir qonşumuzun Ermənistanı silahlandırdığını da bir neçə dəfə açıq ifadə edib. Belə dar məqamda bizə birmənalı dəstəyi verən ölkə Türkiyədirsə və bu dövlət başçısının siyasətində, nitqlərində ifadə olunursa, Zakir Fərəcov niyə bu münasibətlərə özfəliyyətilə xələl salmaq istəyir?

Ən maraqlısı isə budur ki, Zakir Fərəcov etdiyi bu siyasi sabotaja görə, nə çıxıb aydınlıq verir, nə də üzrhaqlıq edir. Yenə adamın yadına Sumqayıtın abadlaşmasında işləyib pulunu ala bilməyən iş adamları düşür. Adamlar uzun müddətdir ki, haray çəkirlər ki, icra başçısı bizimlə halallaşmayıb. Bunlardan yenə səs çıxmır. Yalnız müavinlərin adı ilə dövlət qurumlarına göndərdikləri əsassız məlumatlarla kifayətlənirlər. Həmin məktublarda qeyd edilir ki, güya sahibkarların pulu tam ödənilib. Sahibkarlar yenə haray çəkib, soruşurlar: hara, hansı hesaba? Cavab yoxdur. Bir nəticə hasil olur. Dünən sahibkarın pulunu verməyən məmur cəzasız qalanda, bu gün siyasi sabotaj etməkdən də qorxmayacaq. İstər sahibkarı incitmək, istərsə də belə həssas məqamda qardaş ölkənin bayrağını endirməyəyə çalışmağın bir adı var: cənab Prezidentin yürütdüyü siyasətlə uzlaşmayan, ona mane olan fəaliyyət. Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov bayraq qalmaqalına görə yuxarıların bərk dannağına tuş gəlib. Hətta vəziyyət o yerə çatıb ki, həmin gündən sonra o, vaxtının böyük hissəsini iş kabinetində deyil, səhətinin qənaətbəxş olmadığını bəhanə edib, evində keçirir. Zakir Fərəcov bayraq qalmaqalını da hansısa müavinin üzərinə yükləmək istəsə də, yeç kim bu ağır məsuliyyəti boynuna götürməyib. Ən maraqlısı budur ki, sözügedən məmurla bağlı tənqidi materialları bir çox saytlar işıqlandırmır. Bunun bir neçə səbəbni müəyyən etdik. Bəzi KİV-lərlə Fərəcovun olduqca ciddi dostluq münasibətləri yaradılıb. Bir çoxları isə Fərəcovdan qorxur. Statistikaya fikir versəniz görərsiniz ki, ölkədə jurnalist həbs etdirən ( haqlı-haqsız-red) məmurların sırasında Fərəcov ilklikdə qərar tutub. Bütün bunlara baxmayaraq, vicdanını itirməyən, sözünü deməyi bacaran qələm əhli yenə də var. Bizim Zakir Fərəcovla heç bir qərəzimiz yoxdur, ancaq ondan bir təvəqqəmiz var. Vəzifə müfəqətidir. Ordan ya təqaüdə, ya da “içəri” getmək mümkündür. Əsas odur ki, borclu olduqlarınla halallaşasan. Bir də səhət, yaş, yeni idarəetmə metodu ilə ayaqlaşa bilmirsənsə, gənclərə yol açıb, istefa verəsən! //Azinforum.az//
Geri qayıt