Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri

Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri Son vaxtlar Ramiz Mehdiyev, Əli Həsənov şəbəkəsinin dövlət içində qiurduğu dövlət haqqında çox yazılır. Amma təəssüflər olsun ki, bütün bunlar hər iki şəxsin görəvdən alınmasından sonra cəmiyyətə açıqlanan faktlardır. Zamanında bu şəxslər haqda bu gün dilə gətirilən həqiqətləri yazanda ən sərt təzyiqlər başlayırdı. Amma şəbəkə bu iki şəxslə bitmir… Əli Həsənov medianı necə idarə edibsə, necə dövlət tərəfindən müstəqil mətbuata ayrılan pulları dağıdıbsa, bir qədər mədəni, bir qədər ağıllı formada bu işi Azay Quliyev QHT sektorunda edib və edir… Bildirək ki, cumhuriyyet.az olaraq bu mövzuya toxunmuşuq və ciddi təzyiqlər görmüşük. Həqiqətlərin yalnız görəvdən ayrılıqdan sonra ifadə olunmamasını nəzərə alaraq əldə etdiyimiz yeni faktları diqqətinizə çatdırmaq istərdik.

Əli Həsənov kimi Azay Quliyev öz sahəsinin illərdir ki, təcrübə toplamış adam və həm də millət vəkilidir. Dövlət vəsaitlərinin istifadəsində şəffaflıq məsələsi ilə bağlı bütün növ araşdırmaları, bütün növ faktları davamlı olaraq dərc etməklə, bəlkə Azərbaycan Respublikasının Prezidentinə az da olsa yardımçı ola biləcəyimizi zənn edir və zənnimizcə də yanılmadığımızı düşünürük…

QHT-lərə Dövlət Dəstəyi Şurasının təməli

Hələ 2009-cu ildə mətbuatda məlumatlar yayılmağa başladı ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətində ciddi problemlər, maxinasiyalar mövcuddur. Məsələn, 31 mart 2009-cu il tarixli sayında “Yeni Müsavat” qəzeti həyəcanla bildirirdi ki, “adıçəkilən qurumda dövlət büdcəsindən ayrılmış 2 milyon 700 min manat vəsaitin layihələr üzrə paylanmasında çox ciddi pozuntulara yol verilir”.
Bu qurumun fəaliyyətində aşkar müşahidə olunurdu ki, qrant verilən QHT-lər ya hakimiyyətə, ya da şəxsən Azay Quliyevə yaxınlığı ilə fərqlənməlidir.
Bu da aydındır. Zatən, Azərbaycanda hökumətə yaxın olmayan qeyri hökumət təşkilatlarının fəaliyyətin üzərində sərt polis nəzarəti var. Bu da, təbii ki, Şuraya və onun rəhbərlərinə imkan verir ki, öz təsərrüfatlarını özləri müəyyən etsinlər, başqalarını isə qapı arxasında qoysunlar. Məsələn, elə Azay Quliyevin ilk əvvəl deputat elan edildiyi Şirvan şəhərində fəaliyyət göstərən “Sağlam ətraf mühit sağlam Həyat” təşkilatının qrant müraciətlərinə 13 dəfə imtina məktubu yazsınlar.

QHT lərə Dövlət Dəstəyi Şurasının deputat sədri zahirən çox şəffaf fəaliyyət göstərir. Sosial şəbəkələrdə aktivdir, medyada təqdimatı bitib-tükənmir, gün ərzində məşğul olduğu işlər barədə az qala, saatbasaat məlumatlar dərc edilir və s.. Amma…

Gənc və perspektivli…

Amma deyəsən bu şəffaflıq təşkil olunmuş şəffaflıqdır və hər şeyi o qədər də şəffaf göstərmir. Çünki cumhuriyyet.az olaraq izləməmizə görə, bu fəaliyyət hesabatlarını qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfovun zəhmətinin bəhrəsidir. Qismən də Şuranın Elməddin Behbud adlı digər əməkdaşının. Özlüyündə pis təşkil edilməyib. Aparatın bu əməkdaşları öz rəhbərlərinin başqalarından fərqli obrazının yaradılması, onun gənc, enerjili, işgüzar məmur imicinin ictimai təqdimatı qayğısına qalırlar. Amma bunun da bir həddi olmalıdır. Bu həddi keçəndə isə hətta Şuranın əməkdaşları da bu fasiləsiz piar kampaniyası qarşısında özlərini saxlaya bilməyib ona ironiya ilə yanaşa bilirlər. Gənc məmur Azay Quliyevin bunu nəzərə alıb-almayacağı isə bizlik deyil.

Banqladeşdən Böyük Lütf

Amma ölkə medyasının xəbəri yoxdur ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının ştatını tamamlamaq üçün Azərbaycan Dövlətinin özünün insan resursları çatışmır və buna görə də Banqladeşə müraciət etməli olublar. Bu, “maraqlı” hobbiləri haqqında əfsanələr dolaşan Banqladeş vətəndaşı Lutfi Kəbirdir ki, Şuranın beynəlxalq məsələlər üzrə eksperti vəzifəsinə təyin edilib. O, Şuranın xarici ölkələrdə həyata keçirdiyi layihələrin monitorinqini aparıb. QHT-lərə Dəstək Şurasının xarici ölkələrdəki layihələrinin monitorinqi barədə isə heç kimə heç nə bəlli deyil. Baxmayaraq ki, QHT işinin Şura əməkdaşlarına öyrədilməsi üçün həmin bu Lutfi Kəbirə kəbir miqdarda paralar ödənilmişdir. Lutfi Kəbirin Şura əməkdaşlarına və ya Azərbaycan QHT-lərinə nələri və necə öyrətdiyinə dair də bir bilgi yoxdur.

Yaxın xaric siyasəti

Daha bir naraqlı məqam, Şuranın, daha doğrusu, şura sədrinin “xarici siyasəti” ilə bağlıdır. Müşahidəçilərin dediyinə görə əvvəllər Əli Həsənova yaxınlığı ilə seçilən Azay Quliyev sonralar Fuad Ələsgərov tərəfə meyl edib. Görünür, mövqeyini qorumaq və “vurulanlar” sırasında omamaq istəyi onu həvəsləndirib ki, son zamanlar kadrları qabağa çəkilən Fuad Ələsgərova sığınsın. Onu da bildirək ki, QHT-lərə Dəstək Şurasının rəhbərinin parlamentdə olmasını bir sıra hüquqşunaslar və ekspertlər anormal sayırlar. QHT sektoru parlamentə ictimai nəzarətin təşkilatçısıdır. Azay Quliyevin parlamentdəki mövcudluğu isə bu nəzarəti əngəlləyən faktorlardan biridir.

Şübhəli məqamlar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının istifadə etdiyi mövcud bina Əli Həsənova yaxın şəxslərdən birinin mülkiyyəti olaraq rəsmiləşib. Bütün bu məqamlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız zamanı əldə etdiyimiz məlumatları olduğu kimi diqqətinizə çatdırırıq: “Şura ilə mülkiyyətçi arasında icarə müqaviləsi isə mövcud deyil. Hər halda Şura daxilindən bizə ötürülən məlumatları dəqiqləşdirən zaman biz icarə müqaviləsi barədə heç bir rəsmi və ya qeyri–rəsmi məlumatlara rast gələ bilmədik. Bununla yanaşı, xəbərlərə əsasən, Əli Həsənovla Şura arasında centlemen anlaşması olub və bu anlaşmaya əsasən də icarə müqaviləsi tamam başqa ünvanda başqa bir mülkiyyətçi ilə imzalanıb.
Hər halda bizə Şura daxilindən ötürülən məlumatda bildirilir ki, Bakı şəhəri, Fikrət Əmirov 1 ünvanı rəsmi olaraq göstərilsə də, əslində, bu ünvanda onlarla şirkəti icarə müqaviləsi ilə fəaliyyət göstərir. Apardığımız araşdırmalar nəticəsində eyni binada, eyni mərtəbədə və eyni otaqlarda həm də «Asnaf Alkon» şirkəti icarədar olaraq fəaliyyət göstərir. «Asnaf Alkon»un əlaqə telefonları ilə (479 01 20) əlaqə saxlamağa çalışsaq da, həftə boyu telefonumuza cavab verən olmadı.

Qısa bir araşdırma nəticəsində «Asnaf Alkon» şirkətinin fəaliyyəti və sahibi ilə bağlı əldə etdiyimiz məlumatlarda bizi çox heyrətləndirdi. Rəsmi olaraq «Asnaf Alkon» Şirkətlər qrupu 90-cı illərin əvvələrində dövlət qeydiyyatından keçib. 2009-cu ildə Bakının müxtəlif yerlərində 2 çoxmərtəbəli ofis-ticarət mərkəzinin tikintisinə başlayıb. İnzibati binaların əsaslı təmiri sahəsində də, şirkət böyük həcmli işlər görür. Nümunə olaraq Bakı Dəniz Vağzalının binası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 mərtəbəli inzibati binasını, Kapital Bankın əsas inzibati binasını, Retro istirahət kompleksini, Türkiyənin Antalya şəhərində inşası tamamlanmış 5+2 ulduzlu Mardan Palace Otel kompleksini və s. göstərmək olar. Göründüyü kimi şirkətlər qrupunun fəaliyyəti kifayət qədər böyük miqyaslıdır və həm də Türkiyədə yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun ortaqlarındandır. Bu şirkətin sahibi isə baş nazirini sabiq birinci müavini Abbas Abbasovun yaxın qohumlarından biridir. Bu qədər böyük bir şirkətin Bakı Şəhəri Fikrət Əmirov küçəsində yerləşməsi və həm də QHT-lərə DDŞ ilə eyni ofisdə necə yer tapıb yerləşməsi böyük şübhələrə səbəb oldu”.(cumhuriyyet.net)
Geri qayıt