Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO

Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov daha bir şöbə müdirini işdən çıxarıb.

"MediaPost"un əldə etdiyi məlumata görə, Günel Səmədağa qızı Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinə müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsini Vüqar Şıxməmmədov icra edib. O daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Günel Aslanovanın atası Səmədağa Aslanov Səbail bələdiyyəsinin sədr müavinin qızıdır. Səmədağa Aslanov son bələdiyyə seçkilərinə kimi, sözügedən qurumun sədri olub.
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
Geri qayıt