Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı

Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı Ramiz Mehdiyevin yaxınları son günlər “boz kardinal”a məxsus daha bir neçə villa və bağı satışa çıxarıblar. JAMAZ.İNFO xəbər verir ki, ötən günlərdə sabiq aparat rəhbərinin Maştağa Subtropik Sovxozunda yerləşən böyük bağı da satışa çıxarılıb.
Bildirilir ki, “Gülçülük Ramana” adlanan ərazidə ümumi sahəsi 6 hektar olan bağın satışı üçün əmlak firmalarına müraciət olunub.
Mənbə bildirir ki, həmin ərazidə torpağın bir sotunun qiyməti 3500 manat olduğu deyilir. Lakin bağın sot hesabı deyil, ümumi şəkildə satılması nəzərədə tutulub.
JAMAZ.İNFO-ya danışan yerli sakinlərin iddiasına görə, Mehdiyevin sözügedən ərazidəki bağında xeyli sayda dekorativ ağaclar, müxtəlif gül növləri var. Həmçinin həmin bağda Hollandiyadan gətirilmiş 100 baş keçi, onlarla baş İsveçrədən gətirilmiş cins inək də saxlanılır. Bundan başqa, orada yaşayış üçün kiçik mənzilin də olduğu deyilir.
Qeyd edək ki, Mehdiyev və yaxınlarının öz mülklərini gözlənilmədən satışa çıxarmalarının səbəbi məlum deyil.
Xatırladaq ki, Prezidentinin Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün sahibi olduğu villalardan birini satışa çıxarması barədə məlumat yayılıb. Həmin məlumatda deyilirdi ki, Mehdiyevin satmaq istədiyi dədbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir. Villa 4 hektar ərazidə yerləşir. Hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.
Qeyd edilir ki, villanı akademikə 2010-cu ildə sabiq Nəqliyyat naziri Ziya Məmmədov hədiyyə edib. Hüngütlü kəndində Məmmədovun özünün də dəbdəbəli villasının olduğui bildirilir.
Mənbənin iddiasəna görə, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub. Amma vəzifədən uzaqlaşdırılandan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb. "Ramiz müəllim villanı almaq üçün Fərhad Əhmədova ismarıc yolladı. Amma nədənsə biznesmen həmin villanı almaqdan imtina etdi”.
Geri qayıt