Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – Siyahı

Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – Siyahı Xəbər verdiyimiz kimi, 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilən Nəsirov Elman Xudam oğlunun sədri olduğu “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibi ola bilməyib.

Yeniavaz.com xəbər verir ki, son 6 ildə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinə ilk dəfə qrant ayrılmayıb.

Məlumat üçün bildirək ki, daha əvvəl “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi tərəfindən təqdim olunan bütün layihələrə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə ayrılıb.

2015, 2016 və 2018-ci illərdə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin layihəsini Elman Nəsirov, 2017 və 2019-cu illərdə isə millət vəkilinin qardaşı Ruslan Nəsirov təqdim edib.

Elman Nəsirov və qardaşı son 6 ildə təqdim etdikləri layihələr üçün ümumilikdə 46 min manat qrant alıblar.

Son 6 ildə millət vəkili Elman Nəsirov və qardaşı tərəfindən təqfim olunan layihələr və aldıqları vəsaitin siyahısını təqdim edirik:
Elman Nəsirov və qardaşı Şuradan 46 min manat alıblar – Siyahı
Geri qayıt