Suallar videoçarxlar vasitəsilə cavablandırılacaq - Baş Prokurorluq

Suallar videoçarxlar vasitəsilə cavablandırılacaq - Baş Prokurorluq Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim həyata keçirilməkdədir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı sualların cavablandırılması qərara alınıb:

"Bu məqsədlə prokurorluğun bütün fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması təmin olunacaq".

Geri qayıt