Deputat Bəxtiyar Əliyev də Ramiz Mehdiyevin badına getdi - İstefa verdi

Deputat Bəxtiyar Əliyev də Ramiz Mehdiyevin badına getdi - İstefa verdi Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

B.Əliyev öz istəyi ilə işdən çıxıb.

Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.

B.Əliyev 1997-ci ildən Psixologiya kafedrasının müdiri olub. Hazırda kafedranın müdiri vəzifəsi psixologiya üzrə elmlər doktoru, professor Elnarə Şəfiyevaya həvalə edilib. E.Şəfiyeva 1993-97-ci illərdə BDU-nun psixologiya kafedrasında baş müəllim, 1997-2013-cü illərdə dosent olub və 2013-cü ildən professor vəzifəsində çalışır.

Xatırlatma: Bəxtiyarın Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. Amma o, açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını deyib.(pravda.az)
Geri qayıt