Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi

Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Vəli Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Geri qayıt