Nərimanovda Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib-FOTO

Nərimanovda Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib-FOTO 25 aprel 2017-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Zərifə xanım Əliyevanın həmkarı oftalmoloq Nübar Həşimova, BSM-nin əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Çıxış edənlər Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, səhiyyədə öz dəst-xətti olan novator bir alim, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində də xüsusi xidməti olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat vermişlər.
Tədbirin gedişatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Yekunda 35 saylı musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi parçaları ifa olunmuşdur.
Nərimanovda Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib-FOTO
Nərimanovda Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib-FOTO
Geri qayıt