Aydın Mirzəzadə Ramiz Mehdiyevin adını çəkməkdən də QORXUR - FAKT

Aydın Mirzəzadə Ramiz Mehdiyevin adını çəkməkdən də QORXUR - FAKT Karantin vaxtı və şəhidlərin 40-ı çıxmadan nəvəsinə toy etməklə həm cəmiyyətdə, həm də illərlə təmsil olunduğu hakim partiyanın üzvləri tərəfindən sərt tənqid olunan Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyası (YAP) sıralarından uzaqlaşdırılacağı barədə məlumat yayılıb. İddia olunur ki, Ramiz Mehdiyevin qanunları pozması hakim partiya tərəfindən də birmənalı qarşılanmayıb və onunla bağlı tədbir görüləcək.

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov tənqidlərə hədəf olduqdan sonra partiyanın sədri, prezident İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş etmişdi. Partiya rəhbərliyi isə onun istefasını qəbul edib.

Amma Ramiz Mehdiyevin yol verdiyi bu qanun pozuntusundan sonra çıxış etdiyi iki bəyanatla daha sərt mövqe ortaya qoyması onun YAP sıralaından çıxarılacağı ilə bağlı fikirlərin yaranmasına səbəb olub.

Ramiz Mehdiyev onu qınayan, tənqid edən partiya yoldaşlarına, hakimiyyət nümayəndələrinə “od püskürür”.
Ramiz Mhediyevin YAP-dan kənarlaşdırılacağı ilə bağlı yayılan iddialara Aydın Mirzəzadənin mövqeyini öyrəndik.

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Musavat.com-a bildirdi ki, Yeni Azərbaycan Partiyası onun nizamnaməsini qəbul edən şəxsləri öz sırasına qəbul edir.
Ramiz Mehdiyevi tənqid edən YAP-çı deputatlardan olan Aydın Mirzəzadə əlavə etdi ki, partiya tələblərini pozan, partiyanın siyasi xəttinə zidd olan şəxslər partiya sıralarından xaric edilir.

Aydın Mirzəzadə konkret olaraq “Ramiz Mehdiyevlə bağlı məsələ YAP-da müzakirə olunubmu”, sualına cavab verərək, sabiq PA rəhbərinin adını çəkmədən belə deyib: “Hal-hazırda adını çəkdiyiniz şəxslə bağlı partiya daxilində müzakirə yoxdur”.
Xatırladaq ki, Ramiz Mehdiyev karantin vaxtında nəvəsinə toy etmişdi. Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası 15 sutka inzibati qaydada həbs edilib. Toyda iştirak edən Abel Məhərrəmov, Siyavuş Novruzov, ombudsaman Səbinə Əliyeva və daha bir neçə nəfər pul cəriməsi ilə cərimələniblər.
Musavat.com
Geri qayıt