Əhməd Əhmədzadənin həbsi gözlənilir - İDDİA

Və bu fərmanla Azərbaycan əkinçisinin, fermerinin, sahibkarının, kəndçinin evi yıxılıb. Bəli, Əhmədzadə dövlətin ayırdığı vəsaitlə qazılan artezian quyularının suyunu, digər su mənbələrini satmaqla milyonlara sahib olub. Pul verə bilməyən sakinlərin isə meyvəsi, taxılı, məhsulu zay olub. Məhz ona görə də sonuncu müşavirədə Prezident İlham Əliyevin suvarma sistemləri ilə bağlı qaldırdığı problemlərə Əhmədzadə cavab verə bilmədi. Bu gün ölkədə ən ciddi problemlərdən biri də əkin sahələrinin, təsərrüfatların susuz qalmasıdır. Əhmədzadə yalandan su itkisi adı altında dövlətin milyonlarla vəsaitini silir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla quda olan Əhmədzadə milyonlarla pulu xaricə daşıyır. Elman Rüstəmovun qızı Günel Rüstəmovanın və onun əri Cümə Əhmədzadənin xarici ölkələrdəki sərvəti fantastik sürətlə artır. Qeyd edək ki, Cümə Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğludur. Günel Rüstəmova və Cümə Əhmədzadə uzun müddətdir ki, Londonda yaşayırlar və Avropada korrupsiyadan qaynaqlanan böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Əhmədzadənin müavini Zakir Quliyevin xaricdəki əmlakı, qurumun Aparat rəhbəri Cahan Məmmədovun mülkləri saymaqla bitən deyil. Hamısı da oğurlanan dövlət vəsaitinin hesabına. Yəqin ölkəmizdə korrupsiyaya qarşı başlanan ciddi mübarizə Əhməd Əhmədzadədən və dostlarından yan keçməyəcək. ''Gündəlik Bakı''-nın araşdırma qrupunun təhlili göstərir ki, Əhmədzadənn həbsi gözlənilir. //''Gündəlik Bakı''//